Moldovanın Baş naziri Aleksandru Muntyanu istefa verdiyini elan edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Sputnik Moldova" agentliyi məlumat yayıb.
Agentlik hökumət başçısının bəyanatından bu sitatı gətirir: "Bu gün mən baş nazir vəzifəsindəki səlahiyyət müddətimi başa vururam".
Muntyanunun sözlərinə görə, o, artıq öz mandatını "şəxsi prinsipləri və inancları çərçivəsində" yerinə yetirmək imkanına malik deyil: "Mən getməyi seçirəm", - deyə o əlavə edib.
Rubio: ABŞ Ukraynada nizamlanmaya danışıqlar yolu ilə kömək etmək cəhdlərini davam etdirəcək
Almaniyanın "Quantum Systems" şirkəti Ukraynaya minlərlə dron-tutucu təhvil verəcək