Milli Arxiv İdarəsinin Kollegiyasının üzvlərinin yeni tərkibi müəyyənləşib.
“İki sahil” xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Kollegiyanın üzvləri aşağıdakı kimi olacaq:
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisinin müavini
Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin müdiri
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Milli Arxiv Fondu
sənədlərinin komplektləşdirilməsi, qeydiyyatı və idarə arxivləri ilə iş şöbəsinin müdiri
Azərbaycan Respublikası Dövlət Arxivinin direktoru
Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin direktoru
İndiyə qədər Kollegiyanın üzvləri aşağıdakılar olub:
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisinin müavini
Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin müdiri
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri
Azərbaycan Respublikası Dövlət Arxivinin direktoru
Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru
Qeyd edək ki, Kollegiyanın sədri Milli Arxiv İdarəsinin rəisidir.