Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidmətinin baş katibi Belen Martinez Karbonelllə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Aİ rəsmisi “X”də paylaşım edib.
“Biz Aİ-Azərbaycan münasibətlərini, Aİ-nin Ermənistan-Azərbaycan arasında normallaşma prosesinə dəstəyini və regional hadisələri müzakirə etdik. Aİ regionda sülh və tərəqqiyə sadiqdir”, - o bildirib.
Ölkəmizin coğrafi mövqeyi və mövcud infrastrukturu Aİ üçün bağlantı layihələrində cəlbedici hesab olunur
Tural Gəncəliyev: Prezident İlham Əliyev dünyanın ən nüfuzlu liderlərindən biri kimi qəbul olunur