13 noyabr 2023 12:54
344

Nazirlik: Uşaq İncəsənət Festivalına 27 minə yaxın iştirakçı cəlb edilib

Uşaq İncəsənət Festivalı 27000-ə yaxın iştirakçının cəlb olunduğu bir festival idi, bu da müstəqillik dövrümüzün ən böyük festivallardan biri olduğunu ifadə edir.

“İki sahil” xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova Ümummili Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən Uşaq İncəsənət Festivalının yekunlarına dair mətbuat konfransında deyib.

Nazirliyin sözçüsü qeyd edib ki, sözügedən müraciətlər sayəsində əldə olunan ümumi məlumat onlar üçün böyük bir baza deməkdir: "Festival 21 nominasiya üzrə həyata keçirildi və qeydiyyat Bakı və regionlarda paralel aparılıb".

Aynur Kərimova işğaldan azad olunmuş ərazilərdə - Zəngilanın Ağalı kəndində bu cür festivalın təşkilinin də çox önəmli faktor olduğunu əlavə edib: "Həmçinin Laçın şəhəri günündə də festivalın böyük bir stendi var idi ki, orada uşaqlar özfəaliyyətlərini nümayiş etdirdilər. Qaliblər artıq məlumdur. Ümid edirik ki, bu festival onların yaddaşından silinməyəcək".