“Mobil Babayev yeni simfoniya bəstələmişdi, lakin onu axıra çatdıra bilmədi, vaxtı çatmadı”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Xalq artisti, müğənni Mübariz Tağıyev jurnalistlərə açıqlamasında bildirib.
“Üç gün öncə xəstəxanaya Mobilin yanına getmişdim, təəssüf ki, məni tanımadı. Sonra evə aparıldığını eşitdim, vəziyyətinin yaxşı olduğunu düşünüb sevindim. Uzun illərdir Mobili tanıyıram. Bizi sənət bağlayır. Onun vəfatı Azərbaycan incəsənətinə böyük itki oldu”, - o vurğulayıb.
M.Tağıyev deyib ki, M.Babayev Azərbaycan incəsənətində böyük izi var və buna görə də onun xatirəsi daim yaşayacaq.