9-cu Bakı Beynəlxalq Kitab Sərgisində 20-dən çox xarici qonaq yazıçı olacaq.
“İki sahil” xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfrasında deyib.
"Fəxri qonaqlarımız içərisində omanlı yazıçı, Buker mükafatçısı Əl Karti, həmçinin qardaş ölkə Türiyədən İskender Pala da var", - o deyib.
Şöbə müdiri sərgidə ümumilikdə 11 ölkədən 30-da çox xarici təşkilatın və 130-dan çox yerli poliqrafiya və nəşriyyatın təmsil olunacağını əlavə edib.
Bakıda "Asiman" qalereyasının açılışı və "Susuzluq" rəsm silsiləsinin təqdimatı olub
Leyla Əliyeva Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalından videogörüntü paylaşıb
Azərbaycan “Avroviziya 2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib