“TÜRKSOY Beynəlxalq Teatr Festivalı türkdilli ölkələrin teatrlarının inteqrasiyası üçün çox önəmlidir”.
“İki sahil” xəbər verir ki, bunu TÜRKSOY-un baş katibi Sultan Raev bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, türk dünyasında ilk teatr festivalı - TÜRKSOY Beynəlxalq Teatr Festivalı keçirilib və həmin festivala Azərbaycan ev sahibliyi edib: “Bu günə qədər türk dünyasında teatr platforması yox idi. Ona görə sözügedən festival türkdilli ölkələrin teatrlarının bir-birinə inteqrasiyasına mühüm töhfə verəcək”.
S.Raev vurğulayıb ki, festival teatr adamlarının münasibətlərinin genişləndirilməsi baxımından da əhəmiyyətlidir.
Bakıda "Asiman" qalereyasının açılışı və "Susuzluq" rəsm silsiləsinin təqdimatı olub
Leyla Əliyeva Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalından videogörüntü paylaşıb
Azərbaycan “Avroviziya 2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib