Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatr rəhbərləri şurasının 9-cu toplantısı keçirilib.
“İki sahil” xəbər verir ki, toplantı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə baş tutub.
Əvvəlcə toplantı münasibətilə Şuşada olan qonaqlar və media mənsubları üçün Şuşa şəhərində gəzinti təşkil olunub.
Ardından toplantının əsas hissəsi başlayıb.
Toplantıda TÜRKSOY-a üzv ölkələrin teatr rəhbərləri, mütəxəssisləri, səhnə xadimləri iştirak edib.
Onlar qardaş ölkələrdə teatr sahəsinin inkişaf məsələlərini müzakirə ediblər.
Müzakirələr zamanı ölkələrar arasında teatr sektoruna dair əməkdaşlıqlar edilməsinin zəruruliyi vurğulanıb.
Müzakirələr bitdikdən sonra tərəflər toplantının yekun bəyannaməsini imzalayıblar.
Qeyd edək ki, sabah Bakıda Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılış mərasimi olacaq.
Festival noyabrın 4-dək davam edəcək.
************************************
21:47
TÜRKSOY-a üzv ölkələrin dövlət teatr rəhbərləri şurasının növbəti - 10-cu toplantısının Türkmənistanda keçirilməsi qərara alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə sözegedən toplantının Şuşada keçirilən görüşü zamanı qərar qəbul olunub.
Toplantı gələn il TÜRKSOY-un mədəniyyət paytaxtı seçilən Anev şəhərində olacaq.