"Rok ifa edən adam toylara getməyə məcbur olmamalıdır".
“İki sahil” xəbər verir ki, bunu prodüser və televiziya aparıcısı Emin Əfəndi Musiqi Forumunda panel müzakirəsi zamanı deyib.
"Demirəm ki, toy pisdir. Bu ənənə var. Ancaq rok ifa edən adam toylara getməyə, oradan qazanmağa məcbur qalmamalıdır. Bəziləri televiziya rəhbəri kimi Murad Dadaşovun üstünə düşür. Amma televiziyaya çıxan müğənni də istəyir ki, orada tanınsın, görünsün. Daha sonra toylara gedə bilsin", - o bildirib.
Milli Azərbaycan Tarixi Muzeyində “Güllələnmiş türkoloqlar” sərgisi keçiriləcək
Milli Xalça Muzeyində macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq
Bakıda "Asiman" qalereyasının açılışı və "Susuzluq" rəsm silsiləsinin təqdimatı olub