Çox təəssüflər olsun ki, 20-ci əsrin musiqiləri bizim konsert zallarına hələ gəlib çıxmayıb.
“İki sahil” xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Bakıda ilk dəfə keçirilən Musiqi Forumunda Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə deyib.
"Mən burada onlarla ad çəkərəm ki, onlar 20-ci əsr musiqisinin ən önəmli imzalarıdır, amma onlar bizim konsert zallarında yoxdur. Mənə bəzən suallar verirlər ki, bizdə indi nyə Qara Qarayev yetişmir? Bu sual mənə veriləcək sual deyil. Bəstəkarlar İttifaqı bəstəkar yetişdirmir, çünki təhsil ocağı deyil. Bəstəkarlar İttifaqı yetişmiş, tam püxtələşmiş bəstəkarları üzvlüyünə qəbul edir, onların dünyada çıxışına şərait yaradır. Bunlar ayrı-ayrı şeylərdir ", - o əlavə edib.