29 oktyabr 2023 11:23
347

Nazir: Musiqi sahəsində çalışanların sosial durumunun yaxşılaşdırılması həllini tapmaqdadır

Mədəniyyət milli kimliyi ehtiva edən əsas keyfiyyətlərdən biridir.

“İki sahil” xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ilk dəfə keçirilən Musiqi Forumunda deyib. Nazir bildirib ki, musiqinin cəmiyyətə təsiri hər zaman özünü ən yüksək səviyyədə göstərib: “Bu mənada Ulu Öndər Heydər Əliyevin də musiqi sahəsinə qayğısını qeyd etməliyik". Adil Kərimli qeyd edib ki, Prezident İlham Əliyevin siyasi rəhbərliyi ilə bu gün musiqi sahəsində çalışan əməkdaşların sosial durumunun yaxşılaşdırılması, onlara digər qayğı məsələləri öz həllini tapmaqdadır: "Biz də Mədəniyyət Nazirliyi olaraq, qarşımıza qoyulan tapşırıqları yerinə yetirməkdəyik".

Mədəniyyət naziri üç günlük forumdan gözləntilərini də açıqlayıb: "Öz tövsiyə və fikirlərinizi mütləq şəkildə bizə təqdim etməyinizi xahiş edirik. Ola bilər ki, burada çıxış üçün vaxt məhdudiyyəti olsun, o halda öz tövsiyələrinizi bizə yazılı formada təqdim edin ki, bu təkliflər qiymətləndirilsin, nazirliyin yol xəritəsinə əlavə edilsin".