Naxçıvanda Möminə Xatın türbəsinin mövcud vəziyyətinə baxış keçirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentinin 5 iyun 2023-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı işlər davam etdirilir.
Bu məqsədlə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “AzərİnşaatLayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutunun baş direktoru Səxavət Əsədov, İnstitutun baş mühəndisi Zaur Tağıyev və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşlarının iştirakı ilə Möminə Xatın türbəsinin mövcud vəziyyətinə baxış keçirilib.
Baxış zamanı türbənin hazırkı vəziyyəti və görüləcək işlərə müzakirə edilib.