Oktyabrın 23-dən 26-dək Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə Daşkənd və Xarəzm vilayətlərində “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” keçiriləcək.
“İki sahil” xəbər verir ki, tədbirin ilk günündə Azərbaycanın Xalq şairi Vahid Əzizlə Özbəkistan Yazıçılar Birliyində görüş olacaq.
Bundan başqa, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində "Müasir dövr Azərbaycan-Özbəkistan ədəbi əlaqələri" mövzusunda müzakirələr təşkil ediləcək.
Eyni zamanda, V.Əziz yaradıcılığına dair tədbir keçiriləcək.