19 sentyabr 2022 14:44
418

İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyasında ilk iclası keçirilir

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası çərçivəsində ilk iclası keçirilir.

“İki sahil” xəbər verir ki, iclas sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçilərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İclasın gündəliyinə 3 məsələ daxil edilib:

1. Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə hesabat.

2. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2022-ci il payız sessiyası üçün iş planının layihəsi.

3.”Dini etiqad azadlığı haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).