04 may 2025 19:31
110

Azərbaycan səfiri Latviyanın Müstəqilliyinin Bərpasının ildönümü münasibətilə Seymin iclasında iştirak edib

Azərbaycanın Riqadakı səfiri Elnur Sultanov Latviyanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü münasibətilə Seymin (parlamentin) təntənəli iclasında iştirak edib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın diplomatik missiyasının mətbuat xidməti bildirib.

“Latviya Respublikasının Müstəqilliyinin Bərpasının 35-ci ildönümü münasibətilə Azərbaycan səfiri Elnur Sultanov Azadlıq abidəsi önünə gülqoyma mərasimində iştirak edib və Seymin təntənəli iclasında iştirak edib”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.

Xatırladaq ki, Latviya 1918-ci il noyabrın 18-də Rusiya İmperiyasından müstəqilliyini elan edib. 1940-cı ildə ölkə Sovet İttifaqı tərəfindən işğal və ilhaq edilib. Onilliklər boyu Latviya dövləti yalnız de-yure mövcud olub. 50 il aradan sonra mayın 4-də Latviya SSR Ali Soveti Latviya Respublikasının Müstəqilliyinin Bərpası haqqında Bəyannamə qəbul edib. Həmin gün ölkənin SSRİ-dən çıxmasının başlanğıcı hesab olunur və hər il Müstəqilliyin Bərpası Günü kimi qeyd edilir.