22 avqust 2022 00:09
867

Rusiyalı əsgər Melitopolda azyaşlı qızı zorlamaq istəyib

Müvəqqəti ələ keçirilən Melitopolda partizanlar azyaşlı qızı zorlamağa cəhd edən rus əsgərini cəzalandırıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Melitopol şəhərinin meri İvan Fedorov “Telegram”da məlumat yayıb.

"Bir saat əvvəl Rusiya Federasiyasının əsgəri şəhərin mikrorayonlarından birinin küçəsində azyaşlı qızı tutmağa cəhd edib. Amma bizim partizanlar hər yerdədir. İşğalçının boğazını "kəsdilər", - deyə o, qeyd edib.

Merin yazdığına görə, bunun Heroiv Ukrayna küçəsində baş verməsi simvolikdir.

Fedorov xatırladıb ki, zorlama ən ağır hərbi cinayətdir və soyqırımın tərkib hissələrindən biridir: "Silahlı Qüvvələrimiz qadınlarımıza və uşaqlarımıza qarşı bu dəhşətli cinayətləri törədən hər kəsi tapacaq! Hər kəs etdiklərinə görə cavab verəcək!".