İraq hökuməti ölkədə peyk interneti xidmətlərinin göstərilməsi məqsədilə ABŞ-ın "Starlink" şirkəti ilə rəsmi müqavilə imzalayıb.
“İki sahil” xəbər verir ki, bu barədə İraqın Media və Kommunikasiya üzrə Dövlət Komissiyasının İcraiyyə Komitəsinin rəhbəri Bəliq Əbu Kəlal məlumat verib.
Onun sözlərinə görə, şirkətə verilən lisenziya ölkə vətəndaşlarının təhlükəsiz və yüksəkkeyfiyyətli internet xidmətinə çıxışını təmin edəcək. O qeyd edib ki, xidmətə qoşulma qiymətləri də əlçatan olacaq.
Kəlal vurğulayıb ki, "Starlink"ə lisenziyanın təqdim olunması İraqda internet infrastrukturunun modernləşdirilməsi və rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm mərhələ hesab olunur.
Böyük Britaniyada terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər həbs olunub
Avropa İttifaqı (Aİ) ölkələrinin nazirləri qeyri-qanuni miqrasiya ilə mübarizə üçün vahid mexanizm hazırlamaq barədə razılığa gəliblər
Zelenski: Bu həftə Ukrayna qüvvələri 10 min 660 rus əsgərini zərərsizləşdirib
Hindistan ilə Nepalda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 70-ə çatıb