ABŞ-ın F-16 qırıcıları futbol üzrə dünya çempionatının final oyunu ərəfəsində Nyu-York və Nyu-Cersi ştatları üzərində tətbiq edilən müvəqqəti uçuş məhdudiyyətlərini pozan təyyarəni ələ keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə Şimali Amerikanın Aerokosmik Müdafiə üzrə Birləşmiş Komandanlığı (NORAD) məlumat yayıb.
Vurğulanıb ki, insident iyulun 17-də ABŞ-ın şərq sahili vaxtı ilə saat 16:18-də baş verib. Ümumi aviasiyaya məxsus təyyarə müvəqqəti uçuş məhdudiyyətlərinin tətbiq olunduğu zonaya daxil olub. Bundan sonra F-16 qırıcıları onu təhlükəsiz şəkildə həmin ərazidən çıxarıb.
NORAD daha əvvəl bildirib ki, 19 iyulda Nyu-Cersi ştatında keçiriləcək futbol üzrə dünya çempionatının final oyunu ilə əlaqədar uçuş məhdudiyyətləri 17–19 iyul tarixlərini əhatə edəcək. Finalda Argentina və İspaniya milli komandaları üz-üzə gələcək.
Böyük Britaniyada terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər həbs olunub
Avropa İttifaqı (Aİ) ölkələrinin nazirləri qeyri-qanuni miqrasiya ilə mübarizə üçün vahid mexanizm hazırlamaq barədə razılığa gəliblər
Zelenski: Bu həftə Ukrayna qüvvələri 10 min 660 rus əsgərini zərərsizləşdirib
Hindistan ilə Nepalda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 70-ə çatıb