21 avqust 2022 22:55
717

Rusiya qoşunlarını 4 istiqamətdə geri çəkilməyə məcbur olub

Ukrayna silahlı qüvvələri Rusiya qoşunlarını Slovyanski, Baxmutski, Avdiivski və Yujnobuzski istiqamətlərində geri çəkilməyə məcbur edib, Novopavlivskidə düşmənin hücum cəhdinin qarşısını alıb, bəzi istiqamətlərdə Rusiya silahlı qüvvələri qismən uğur qazanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.

Bildirilib ki, Baş Qərargahın məlumatına görə, avqustun 21-i yerli vaxtla saat 18:00-a olan məlumata görə, Volın və Poliske istiqamətlərində vəziyyət ciddi dəyişiklik olmadan qalıb.