Venesuela hakimiyyəti Beynəlxalq Valyuta Fondunda (BVF) saxlanılan 346 milyon ABŞ dolları həcmində öz vəsaitinə çıxış əldə edib. Bu vəsait dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasına yönəldiləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən Delsi Rodriqes məlumat yayıb.
Onun sözlərinə görə, ayrılan vəsait zərərçəkmiş ailələrə yardım göstərilməsi, yaşayış evlərinin bərpası, kritik infrastruktur obyektlərinin təmiri və əsas kommunal xidmətlərin fəaliyyətinin bərpası üçün istifadə olunacaq.
Rodriqes həmçinin BVF-nin icraçı direktoru Kristalina Georgiyevaya göstərdiyi dəstəyə görə təşəkkür edib.
Xatırladaq ki, dağıdıcı zəlzələ Venesuelədə 24 iyunda baş verib. Son məlumata görə, 5 069 nəfər həlak olub, 16 740 nəfər yaralanıb, 17 907 sakin evsiz qalıb
Böyük Britaniyada terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər həbs olunub
Avropa İttifaqı (Aİ) ölkələrinin nazirləri qeyri-qanuni miqrasiya ilə mübarizə üçün vahid mexanizm hazırlamaq barədə razılığa gəliblər
Zelenski: Bu həftə Ukrayna qüvvələri 10 min 660 rus əsgərini zərərsizləşdirib
Hindistan ilə Nepalda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 70-ə çatıb