Filippinin paytaxtı Manilada Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) xarici işlər nazirlərinin görüşü çərçivəsində silsilə tədbirlərə start verilib.
“İki sahil” xəbər verir ki, ASEAN ölkələrinin xarici işlər nazirlərinin əsas iclası 21 iyulda keçiriləcək. 24 iyuladək Manilada assosiasiyanın tərəfdaşları, o cümlədən Rusiya, Çin və ABŞ-ın iştirakı ilə danışıqlar, həmçinin Şərqi Asiya Sammitinə üzv ölkələrin XİN başçılarının iclası baş tutacaq.
Bundan əlavə, tədbir iştirakçıları 1976-cı ildə imzalanmış Cənub-Şərqi Asiyada Dostluq və Əməkdaşlıq Müqaviləsinin 50 illiyini qeyd edəcəklər.
Filippin Xarici İşlər Nazirliyinin ASEAN məsələləri üzrə nümayəndəsi Daks İmperialın sözlərinə görə, görüşün gündəliyinə regional təhlükəsizlik, eləcə də enerji əməkdaşlığı, o cümlədən ASEAN-ın neft sənayesində təhlükəsizlik haqqında sazişinin ratifikasiyası məsələsi daxil edilib.
Tədbirlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Çinin xarici işlər naziri Van İ, ABŞ dövlət katibi Marko Rubio, həmçinin Yaponiya, Hindistan, Yeni Zelandiya və Avropa İttifaqının nümayəndələrinin iştirakı gözlənilir.
Böyük Britaniyada terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər həbs olunub
Avropa İttifaqı (Aİ) ölkələrinin nazirləri qeyri-qanuni miqrasiya ilə mübarizə üçün vahid mexanizm hazırlamaq barədə razılığa gəliblər
Zelenski: Bu həftə Ukrayna qüvvələri 10 min 660 rus əsgərini zərərsizləşdirib
Hindistan ilə Nepalda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 70-ə çatıb