Kleopatra və Yuli Sezar
Bu tarixi sevgi başlayanda Kleopatranın 21, Sezarın isə 52 yaşı olub. Roma ilə Misir imperatorluqları arasında münaqişənin dayanmasına və uzunmüddətli sazişin bağlanmasına səbəb olan sevgi Sezarın öldürülməsinə qədər davam etdi. Cütlüyün bir oğlu da var idi.
Bu əfsanəvi məhəbbət əhvalatı Hollivudun 60-ci il blokbasteri "Kleopatra" filmində əks etdirilib.
Makidoniyalı İsgəndər və Hephaistion
Uşaqlıqdan bir yerdə böyüyən cütlük arasındakı sevgi evlilik dönəmində bitir. Tarixçilərin yazdığına görə, bu iki şəxsiyyət bir-birinə o qədər çox bənzəyirdi ki, onları hətta saraydakılar da ayıra bilmirdi.
Xuan və Yeva Peron
Uzun illər ərzində hərbçi olmuş Argentina prezidenti Xuan Dominqo ilə Yevanın məhəbbəti xalqda rəğbət hissi oyatmışdı və bu sevgi dastana çevrilmişdi. Çox kasıb bir həyat yaşayan Yeva Xuanla tanış olduqdan sonra onun ağlını başdan almağı bacarmışdı. O, Xuandan çox gənc olsa da, amansız xərçəng xəstəliyi onları ayırır.
Edvard və Vallis Simpson
Şahzadə Edvard amerikalı Vallis Simpsona aşiq olandan sonra İngiltərə monarxiyası üçün son dərəcə vacib dəyişikliklər etdi. Həmçinin qeyd etmək lazımdır ki, Vallis Simpson evli idi. Lakin buna baxmayaraq, 1934-cü ildə Vallis ərindən ayrıldı və şahzadə ilə birliktə yaşamağa başladı. 1936-cı ildə İngiltərə kralı olan Edvard burada tərtib olunan qanunlara görə Vallislə evlənə bilməzdi. Buna görə Edvard öz tacından imtina edərək, sevib-seçdiyi qadınla ailə həyatı qurdu.
Şah Cahan və Mümtaz Mahal
17-ci əsrdə Babur imperatoru Şah Cahan və üçüncü arvadı Mümtaz Mahalın sevgisi Tac Mahal kimi bir abidənin tikintisi ilə əbədiləşdi. Hindistanda yerləşən Dünyanın Yeddi Möcüzəsindən biri Tac Mahal 1632-ci ildə sultan Cahan şah tərəfindən tikilmişdir. Cahan şahın xanımı Mümtaz Mahal 14-cü övladını dünyaya gətirən zaman ölür. Bu acıya dözməyən Cahan şah Mümtaz Mahala böyük məhəbbətini əbədiləşdirmək üçün misli görünməmiş memarlıq abidəsini inşa etdirir. Bu gözəl abidə 2007-ci ildə ümumdünya səsverməsi nəticəsində Dünyanın Yeddi Möcüzəsi siyahısına salınıb. 1612-ci ildə evlənən cütlük 1632-ci ildə Mümtaz Mahalın ölümü ilə əbədi ayrıldılar.
Napoleon və Jozefina
Napoleon Bonapart və Jozefinanın fırtınalı eşqi sonda evliliyə çevrildi. Jozefina ilə tanış olanda Napoleonun cəmi 27 yaşı var idi.Cəsarətli qadın ilk baxışdan Napoleonun qəlbini fəth etməyi bacarmışdı. Jofezinaya vurulan Napoleon, sevgisini etiraf etmək üçün illərlə gözləməli olur. Evləndikdən sonra xəyanət və faciə ilə dolu şiddətli bir məhəbbət yaşayırlar. Jozefina dünyaya varis gətirə bilmədiyinə görə, Napoleon onu tərk edib başqa qadınla evləndikdən sonra, tərk edilmiş qadın dünyasını dəyişir. Lakin ayrıldıqdan sonra da Napoleon yenə də imperatorluqdakı ciddi qərarları onunla bir yerdə verirdi. Onlar ayrılsalarda Napoleon onu unuda bilmir.Qeyd edək ki, Napoleonun sevdiyi qadına yazdığı səkkiz məktubu 1933-cü ildə Londonda hərracların birində dörd min funta satılmışdı.
Riçard Burton və Elizabet Teylor
Riçard Burton və Elizabet Teylor məşhur aktyorlar Antoni ilə Kleopatradan bəhs edən film də daxil olmaqla bir çox əsərdə birlikdə oynayıblar. Onlar bir-birlərinə qarşı hiss etdikləri sevgiyə, ehtirasa dayana bilməyib evli olduqlarına baxmayaraq eşq yaşamağa başlayıblar. Sonra evlənən cütlüyün sevgisi uzunömürlü olmur və onlar boşanırlar. Lakin üstündən 16 ay keçdikdən sonra yenidən qovuşurlar.
Frida Kahlo və Dieqo Rivera
20-ci əsrin ən önəmli iki rəssamının sevgisi təlatümlü keçsə də, onlar axıra kimi bir yerdə ola bildilər. Kahlonun xəstəliyindən, Dieqonun şorgözlüyündən dolayısı bir neçə dəfə ayrılıq yaşasalar da, sənətləri onları bir-birinə bağlamışdı.
Volter və Emili
Məşhur filosof Volterin və Emilinin sevgisi də bir dastana çevrilib.Emili Markiz de Şateletlə evli olsa da, sevgisinə məğlub olaraq Volterə qoşulub qaçır. Başqa ölkəyə köçən cütlük bir müddətdən sonra evlənir. Lakin nədənsə Volter yaşlandıqdan sonra Emili onu tərk edir. O, gənc bir oğlana qoşularaq İngiltərəyə qaçır.
Roden Oqyust və Kamilla Klodel
Əvvəlcə sevgili, sonra rəqib olan cütlük Paris sənət camiəsinin ən yaddaqalan heykəltəraşları olub. Cütlüyün ayrılmasına səbəb isə “Cəhənnəm qapıları” əsəri idi. Böyük hissəsini Kamilla ilə birgə yaradan Roden sonralar bunu inkar edirdi.
Samirə Tağıyeva, “İki sahil”