07 aprel 2022 19:38
1347

Kim nə desə razılaşır, heç kimlə mübahisə etmir, hamıya uyğunlaşmağa çalışırsınız?

Manipulyasiyanın qurbanları kimlərdir? İlk növbədə psixoloji manipulyasiyanın nə olduğunu öyrənək. Bu, gizli, aldadıcı və ya zorakılıq taktikalarının köməyi ilə digər insanların düşüncələrini və ya davranışlarını dəyişdirmək istəyi olan sosial, psixoloji təsir növü, sosial-psixoloji hadisədir.

Manipulyasiyaya qarşı daha həssas olan insanların xüsusiyyətlərini müəyyən etmək üçün müntəzəm olaraq araşdırmalar aparılır. İndiyə qədər alimlər aşağıdakı nəticələri əldə ediblər:

1. Hər kəs manipulyasiyaya məruz qalır, lakin bunun effektivliyi konkret vəziyyətdən, manipulyatorun şəxsiyyətindən və digər amillərdən asılıdır.

2. Əgər insan hamıya tez güvənirsə, onda onun manipulyatorun torundan qurtulmaq şansı praktiki olaraq sıfıra bərabərdir. Əgər sadalanan xüsusiyyətlər sizdə mövcuddursa manipulyasiyanın qurbanı olma ehtimalınız olduqca yüksəkdir.

3. Başqalarının fikirlərindən asılısınız. Haqqınızda heç kim pis fikirləşməsin, hamı sizdən razı olsun deyə hərəkət edirsiniz.

4. Münaqişələrdən qorxursunuz, şəxsi mövqeyinizi müdafiə etmək istəmirsiniz və qarşıdurmadan qaçmaq üçün hər yola əl atırsınız. Buna görə də kim nə desə razılaşır, heç kimlə mübahisə etmir, hamı ilə uyğunlaşmağa çalışırsınız.

5. "Yox" deməyi bacarmadığınız üçün komfortunuzun pozulmasına göz yumur, sizə sərf etməsə də, istəmədiyiniz şərtlərdə olsanız da , dözürsünüz. Çünki insanların gözləntilərini qarşılamaq sizin üçün önəmlidir.

6. Çox sadəlövh olduğunuz üçün dünyaya çəhrayı eynəklərdən baxırsınız. Bəşəriyyətin bəzi nümayəndələrinin vicdansız və amansız ola biləcəyini qəbul etmək sizin üçün çox çətindir. Elə bilirsiniz ki, hamı sizin kimi xoş niyyətli və mərhəmətlidir?.

Nərmin Nərimanova