06 aprel 2022 16:30
1307

Sosial şəbəkədən istifadədə liderliyini qoruyacaq ÖLKƏLƏR

Araşdırmaya görə, hər gün sosial şəbəkə istifadəçilərinin sayının çoxalması nəticəsində 2026-cı ildə bu statistikanın daha çox artacağı gözlənilir.

Belə ki, hazırda sosial şəbəkə istifadəçi sayına görə reytinqdə zirvədə olan Çində bu göstərici 999,95 milyondursa 2026-cı ilə qədər 1 milyard 279 milyona yüksələcəyi müəyyən edilib.

639,47 milyonla ikinci yerdə olan Hindistanın ən böyük sosial şəbəkə bazarı olduğu qeyd edilsə də, 2026-cı ilə gəldiyimiz zaman ən böyük yüksəlişin orada olacağı ehtimal edilir. Belə ki, Hindistanda sosial şəbəkə istifadəçi sayının 1 milyard 114 milyon olacağı proqnozlaşdırılır.

Ötən il ABŞ-da sosial şəbəkə istifadəçilərin sayı 295 milyon olarkən bu rəqəmin 323 milyona çatacağı gözlənilir.

Türkiyədə isə hazırda 64 milyon sosial şəbəkə istifadəçisi olduğu halda, 2026-cı ilə qədər bu sayın10 milyondan çox olacağı bildirilib.

Vüsal Cahanov, “İki sahil”