06 aprel 2022 02:16
1112

Tanınmış aparıcı villasını satır

Amerikalı aktrisa-aparıcı Ellen Deceneres dəbdəbəli villasını satışa çıxarıb.

“İki sahil” xəbər verir ki, o, 6 ay əvvəl aldığı villanı 13,5 milyon dollara satır.

Qeyd edək ki, sözügedən villa Kaliforniya ştatında yerləşir.

Təxminən 450 kvadratmetr sahəsi olan evdə idman zalı, ofis, 3 yataq otağı və 4 sanitar qovşağı var.