05 aprel 2022 22:20
1290

"Çakır" Bakıda konsert verəcək

Canlandırdığı personajlarla məşhurlaşan türk aktyor Oktay Kaynarca musiqiçi Ender Balkırla birlikdə Bakıda konsert verəcək.

“İki sahil” xəbər verir ki, iki nəfərlik bu musiqili şouda sənətçilər türkülü, musiqili, şeirli, bol zarafatlı performansları ilə izləyicini həm güldürəcək, həm də duyğulandıracaq.

9 mayda baş tutacaq konsertin biletləri isə 35-170 manat arası dəyişir.