04 aprel 2022 19:14
1136

4 dəqiqə ərzində onu özünə aşiq et!

Artur Aron psixoloq olaraq 20 il bundan qabaq eksperiment aparıb. O, öz laboratoriyasına bir-birini tanımayan qadın ilə kişini dəvət edib. Eksperiment iştirakçıları 36 suala bütün səmimiyyətləri ilə cavab verməli, müzakirələr sonrasında isə 4 dəqiqə ərzində bir-birinin gözünün içinə gözlərini qaçırmadan baxmalı idilər.

Bəlkə də inanmayacaqsınız, amma eksperimentin keçirilməsindən yarım il sonra həmin qadın ilə kişi evlənib.

İşin sirri bundadır ki, intim suallara cavab verərək insanlar emosional olaraq yaxınlaşır. Onların arasında bağ yaranır. Həmin suallar ailə terapiyası zamanı da istifadə oluna bilər. Əgər sevgilinizlə olan münasibətiniz də soyuqluq yaranıbsa və bu problemi aradan qaldırmaq istəyirsinizsə, hisslərinizi təzələmək üçün eksperimenti onunla təkrarlaya bilərsiniz.

Bunun üçün həmin sualların bəzilərini sizə təqdim edirik:

1. Dünyada yaşayan bütün insanların içərisində, seçmə haqqınız olsa kimi nahara dəvət edərdiniz?

2. Məşhur olmaq istərdinizmi? Əgər istərdinzsə necə? 

3. Telefon zəngi etməzdən əvvəl nə deyəcəyinizi məşq edirsinizmi? Niyə?

4. İdeal gün sənin üçün necə keçməlidir?

5. Sonuncu dəfə nə vaxt mahnı oxumusunuz, özün və ya başqası üçün ?

6. Nəyi seçərdin: 30 yaşındakı ağlını, yoxsa bədənini həyatının növbəti 60 ilində saxlamaq?

7. Səncə necə olacaq ölümün?

8. Ortaq olduğunuz 3 xüsusiyyət hansıdır?

9. Həyatında ən çox nəyə görə minnətdarlıq hiss edirsiniz? 

10. Əgər öz tərbiyə prosesində nəyisə dəyişdirə bilmək şansınız olsa, bu, nə olardı?

Nərmin Nərimanova