Almaniya vətəndaşı sonradan peyvənd sertifikatını satmaq üçün bir neçə ay ərzində təxminən 90 dəfə koronavirusa qarşı peyvənd olunub və buna görə polis tərəfindən saxlanılıb.
Bu barədə "Associated Press" xəbər verir. Magdeburg'dan olan 60 yaşlı kişi bir neçə ay ərzində Federal Saksoniya ərazisinin peyvənd mərkəzlərində COVID əleyhinə 90-a yaxın peyvənd vurdurub. Polislər onu iş üstündə tutmağa nail olublar.
Belə ki, o, iki gün ardıcıl olaraq növbəti doza ücün gəldiyi İsleborg şəhərinin tibb məntəqəsində yaxalanıb. Polis, yaşlı kişidə bir neçə peyvənd pasportu aşkar edərək cinayət işi açır: hazırda istintaq aparılır. Daha əvvəl, 2021-ci ilin dekabr ayında, İtaliyanın Biella sakini peyvənd olunmadan sertifikat almaq üçün protez qoldan istifadə etsə də həkimləri aldada bilməyib.
Nərmin Nərimanova
(Mənbə: https://lenta.ru/news/2022/04/03 /smekalochka/)