06 sentyabr 2021 12:56
1064

İsmayıllıda ağır qəza: Xəsarət alanlar var

İsmayıllı rayonunda yol nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, İsmayıllı-Qaraməryəm yolunun 17-ci kilometrliyində VAZ-2112 və VAZ-2106 markalı avtomobilləri toqquşub. 

Nəticədə VAZ-2112-də olan sərnişin Göyçay rayonu Qaraməryəm kənd sakini Miriyev Maarif Nəcəf oğlu, VAZ-2106-nın sürücüsü, İsmayıllı rayonu Təzəkənd kənd sakini Məmmədrzalı Xudaverdi Adıgözəl oğlu və sərnişin qismində olan bir yeniyetmə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.