25 iyun 2021 10:46
953

MDB ölkələri üzrə gənc arxivçilərin IV Yay Məktəbi təşkil edilib

Qazaxıstan Prezident Arxivinin və Rusiya Dövlət Humanitar Universitetinin, Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə təşkilatçılığı ilə MDB ölkələri üzrə gənc arxivçilərin IV Yay Məktəbi təşkil olunub.

Milli Arxiv İdarəsindən "İki sahil"ə bildirilib ki, tədbirin əsas məqsədi arxivçilərin ixtisaslarının artırılması, yeni texnologiyalarla tanışlıq, müasir metodların arxiv işinə tətbiqi və arxiv işi sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsidir.

Onlayn formatda baş tutan IV Yay Məktəbi “Elektron sənədlərlə iş: nəzəriyyə və praktika” mövzusuna həsr edilib. Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, Finlandiya və digər ölkələrdən 250-dən çox arxivçinin qatıldığı tədbirdə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov təmsil edib.

IV Yay Məktəbində sözügedən mövzu üzrə qabaqcıl alimlərin və arxivçilərin çıxışları dinlənilib.