20 iyun 2021 12:19
2576

Ramal İsrafilov: Saçıma görə evdə söz-söhbət oldu

Müğənni-bəstəkar Ramal İsrafilov saç düzümündə etdirdiyi dəyişiklikdən danışıb.

"İki sahil" xəbər verir ki, saçlarını ağ rəngə boyatdıran ifaçı "Özəl akustik" proqramında ailəsinin buna etiraz etdiyini bildirib: "Evdə söz-söhbət oldu. Anam dedi ki, yaxşı deyil. Atam isə qayıtdı ki, burada nə var? Mənim saçıma oxşayır. Saçımı gündəmə gəlsin deyə işləmirəm. Geyimim gündəm olsun deyə çalışmıram. Səhnədə rahat olmalıyam. Deyirlər, gül kimi uşaq idi, sənə lazım idi? Bəli, mənə lazım idi. Siz bunu edə bilmərsiniz mən edirəm".