19 iyun 2021 14:20
947

Məşhur yazıçı koronavirusdan öldü

Rusiyanın məşhur yazıçısı, "Uğur centlmenləri" kinosunun ssenari müəllifi, Slava Se təxəllüsü ilə tanınan Vyaçeslav Soldatenko vəfat edib.

"İki sahil" xəbər verir ki, yazıçı 52 yaşında koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, Vyaçeslav Soldatenko 6 aprel 1969-cu ildə Latviyada anadan olub. Riqadakı Beynəlxalq Praktik Psixologiya İnstitutunun Psixologiya fakültəsini bitirib. Bir sıra məşhur kitabların müəllifi olsa da daha çox "Uğur centlmenləri" filminin ssenari müəllifi kimi tanınıb.