18 iyun 2021 15:37
1053

Nazilə təkzib edir: “Yazıblar ki, bölmədəyəm, 500 manat cərimə ödəmişəm”

Şairə Nazilə Səfərli bu gün aparıcı Xoşqədəm Hidayətqızının şikayəti əsasında Nizami rayon Polis İdarəsinə çağırılmasını növbəti dəfə təkzib edib.  

“İki sahil” xəbər verir ki, tanınmış sima instaqram səhifəsində video açıqlama yayaraq məlumatın doğru olmadığını qeyd edib:

“Qarşıma xəbərlər çıxır ki, guya polis məni saxlayıb. Yazıblar ki, bölmədəyəm, 500 manat cərimə ödəmişəm. Reytinq xətrinə belə başlıqlar yazmaq lazım deyil. Bəzi izləyicilər vəziyyətimdən nigaran olublar. Onlara deyirəm ki, heç bir məntəqədə deyiləm, bağımdayam. 500 manat cərimə olunsam, onu da sizinlə paylaşaram, narahat olmayın! İndi başa düşdüm ki, başıma bir iş gəlsə, xalq olaraq mənim tərəfimdə olarsız”.