Xalq yazıçısı Çingiz Abdullayev müvəqqəti olaraq Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibinin vəzifəsini icra edəcək.
Bu barədə "İki sahil"ə AYB-nin mətbuat katibi Xəyal Rza məlumat verib. O, Ç.Abdullayevin AYB katibi vəzifəsində qalmaqla qurultaya qədər təşkilatın I katibinin səlahiyyətini icra edəcəyini bildirib.
Vəzifə təyinatı qurultay zamanı səsvermə yolu ilə həyata keçiriləcək.
Xatırladaq ki, bundan əvvəl AYB-nin birinci katibi mərhum Xalq şairi Fikrət Qoca idi.
Qeyd edək ki, xəbəri ilk olaraq Kulis.az saytı yayıb.