17 iyun 2021 09:58
983

Xızılı gənc musiqiçinin uğuru

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon Uşaq Musiqi məktəbinin yetirməsi Rusiyada keçirilən müsabiqədə iştirak edib.

"İki sahil" AZƏRTAC–a istinadən xəbər verir ki, müsabiqə Rusiyada Tatarıstan Respublikasının Kazan şəhərində keçirilib. “Kruqovorot talantov” adlı Beynalxalq İncəsənət müsabiqəsi Beynəlxalq Mədəniyyət Mərkəzinin “Uğur açarı” proqramı təşkilatçılığı ilə onlayn formatında reallaşıb.

Xızı rayon Uşaq Musiqi məktəbinin Xalq çalğı alətləri şöbəsinin 2-ci sinif şagirdi Pərvanə Hüseynova 3-cü dərəcəli diploma layiq görülüb.

Pərvanənin müəllimi Elbrus Abbasov, həmçinin onu müşayiət edənlər tar müəllimi Elxan Baxışov və kamança müəllimi Telman Əlizadə təşəkkürnamə ilə təltif ediliblər.