Xüsusi Təyinatlı Qüvvələrin giziri ilə nişanlanan Əməkdar artist Nigar Şabanova onun haqda material yayımlayan jurnalistə qarğış edib.
"İki sahil" milli.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl nişanlısı ilə ayrılması haqqında xəbər yayılan müğənni bunu təkzib etdi.
O, sosial şəbəkə hesabından şəxsi həyatı ilə bağlı məlumatların paylaşılmasına sərt reaksiya verib: "İnsanların özəl həyatına girməyin. Yetər artıq! Mənim özəl həyatımı paylaşan MTV telekanalının işçisi, səni bəlaya düşəsən, necə ki, məni bəlaya saldın. Allah səni yandırsın".