15 iyun 2021 08:58
1200

Prioritet Qarabağda olan abidələrimizin bərpasıdır - Anar Kərimov

Bildiyiniz kimi, prioritet Qarabağda olan abidələrimizin bərpasıdır. Çünki dünyanın gözü Qarabağdadır. 

"İki sahil" xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə bildirib. Onun sözlərinə görə, başqa regionlarda olan abidələrdə diqqətsiz qalmamalıdır. “Bir müddət əvvəl mən Çıraq-qala abidəsini ziyarət etdim, onun bərpası işləri aparılır. Digər bölgələrdə də belə işlər nəzərdə tutulub.

Burada əsas meyar abidənin vəziyyətidir, əhəmiyyətidir və turizm marşrutları üzərində olmasıdır”, - deyə nazir bildirib.