14 iyun 2021 12:43
1051

Amerikalı aktyor Ned Bitti vəfat edib

“Oskar” mükafatına namizəd olmuş amerikalı aktyor Ned Bitti vəfat edib.

"İki sahil" "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə aktyorun qızı bildirib.

83 yaşlı N.Bitti iyunun 13-də Los-Ancelesdəki evində vəfat edib.

Xatırladaq ki, amerikalı aktyor daha çox “Deliverance” (1972), “Nashville” (1975), “All President Men” (1976), “Supermen” (1978 və 1980-ci ildə çəkilən sikveldə) kimi filmləri ilə məşhurdur.

O, "Teleset" (1976) filmindəki roluna görə “Oskar” mükafatına namizəd göstərilib.