11 iyun 2021 18:59
1442

Nazir “Çıraqqala”da aparılan bərpa-konservasiya işləri ilə tanış olub

Bu gün Mədəniyyət naziri Anar Kərimov Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid “Çıraqqala” abidəsində bərpa-konservasiya işləri ilə tanış olub.

"İki sahil" xəbər verir ki, görülən işlər barədə nazirə ətraflı məlumat verilib. Daha sonra nazir media nümayəndələrinin suallarını cavablandırıb.

Qeyd edək ki, “Çıraqqala” abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinin görülməsi ilə bağlı tədbirlər haqqında ölkə Prezidentinin sərəncamına əsasən, 2019-cu ilin iyul ayından abidədə bərpa-konservasiya işlərinə başlanılıb.