11 iyun 2021 11:35
1150

Hadisə polisə müraciət etdi

Müğənni Hadisə yaşadığı yaşayış kompleksinin mühafizəçisindən onu soraqlayan və binanın qarşısında dayanıb onu gözləyən Tarık Ü. adlı pərəstişkarını polisə şikayət edib.

"İki sahil" Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçıdan istədiyi cavabı ala bilməyən şəxs onu narahat etməyə başlayıb.

Tarık gecə saatlarında yenidən məkana gəlib, binadan işləyənlər bunla bağlı Hadissəyə xəbər veriblər. Sənətçi əvvəlcə bunlara önəm verməyib. Tarık Ü. səhəri gün yenidən gələrək, müğənninin qapısını güdüb. Hadisənin ciddiliyini düşünən ifaçı polisə gedərək araşdırma aparılmasını istəyib.