Anar Kərimov: “Kəlbəcərdə 2 jurnalistinin ölməsi Ermənistanın öz öhdəliklərinə hörmətsizliyinin daha bir sübutudur”
“Jurnalistlər öz jurnalistika fəaliyyətlərinə görə qurbana çevrilməməlidir. Kəlbəcərdə Azərbaycanın 2 jurnalistinin ölməsi Ermənistanın öz öhdəliklərinə hörmətsizliyinin digər bir sübutudur”.
"İki sahil" xəbər verir ki, bunu Mədəniyyət naziri Anar Kərimov "Twitter" səhifəsində yazıb.
“UNESCO başqalarının həyatını xilas etmək üçün minalar xəritəsini tələb etməlidir”, - deyə nazir bildirib.