16 mart 2021 10:10
1078

ABŞ-da təyyarə avtomobilin üzərinə düşüb, ölənlər var - VİDEO

ABŞ-ın Florida ştatının Pembrok-Payns şəhərində təyyarə qəzası baş verib.

"İki sahil" apa-ya istinadən xəbər verir ki, yüngül mühərrikli təyyarə avtomobilin üzərinə düşüb.

Hadisə nəticəsində təyyarədə olan iki nəfər ölüb. Avtomobilin sürücü və içində olan uşaq yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı istintaq başladılıb.