ABŞ prezidenti Donald Trampla danışıqlar zamanı Çin prezidenti Si Cinpin Hörmüz boğazının hərbisizləşdirilməsi və dəniz dəhlizindən gəmilərin keçməsi üçün rüsum sisteminə qarşı çıxıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti iki lider arasındakı görüşdən sonra bildirib.
Ağ Ev sosial media paylaşımında bildirib ki, hər iki tərəf Hörmüz boğazının enerjinin sərbəst axınını dəstəkləmək üçün açıq qalması barədə razılığa gəlib. Bəyanatda əlavə olunur ki, Si Cinpin və Donald Tramp İranın "heç vaxt nüvə silahına sahib olmayacağı" barədə razılığa gəliblər.
Ağ Ev əlavə edib ki, Si Cinpin Çinin Hörmüz boğazından asılılığını azaltmaq üçün ABŞ neftinin alışının artırılmasına icazə verib.