Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türküstanın mənəvi müəllimi Xoca Əhməd Yəsəvinin adını daşıyan xüsusi ordenin ilk laureatı olub.
“İki sahil” Akordaya istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu ordeni Türkiyə liderinə təqdim edib.
Rəcəb Tayyib Ərdoğan deyib: “Bu ordeni Türkiyə Respublikasına və türk xalqına dərin hörmətinizin əlaməti olaraq qəbul edirəm”.
Türkiyə Prezidenti iki ölkə arasında qardaşlığın möhkəmləndirilməsinə yönəlmiş siyasətinə görə Kasım-Jomart Tokayevə təşəkkür edib.
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir