13 may 2026 21:56
126

Azərbaycan kubokunu “Sabah” qazandı

Bu gün 2025/26 mövsümü futbol üzrə Bizon Azərbaycan kubokunun final oyunu keçirilib.

İki sahil” yazır ki, Bakıda “Palms Sports Arena”da baş tutan həlledici matçda, artıq Azərbaycan çempionu adını təmin edən “Sabah”la 5-ci pillədə qərarlaşan “Zirə” üz-üzə gəlib.

Yarışın 4-cü dəqiqəsində “Zirə”nin futbolçusu Eren Aydın hesabı açıb. 72-ci dəqiqədə möhtəşəm “qayçı” zərbəsi ilə topu qapıdan keçirən Patrik Mbina “Sabah”ın bərabərlik qolunun müəllifi olub.

Qarşılaşmada qələbə qolunu 90+1-ci dəqiqədə Coy Lens Mikels vurub - 2-1. Bununla da “Sabah” ardıcıl ikinci dəfə Azərbaycan kubokunu başı üzərinə qaldırıb.

Bizon Azərbaycan kuboku,

Final

13 may (çərşənbə)

20:00. “Sabah” 2-1 “Zirə”

Qollar: Eren Aydın, 4 (0-1), Patrik Mbina, 70 (1-1), Coy Lens Mikels, 90+1 (2-1)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev

Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə

VAR: Tural Qurbanov

AVAR: Rəhman İmami

Palms Sports Arena”

Məhərrəm Ağalaroğlu, “İki sahil”