07 noyabr 2026 20:05
85

“Zəfər naminə – Birlik Kuboku” adlı mini futbol turniri keçirilir

Noyabrın 4–5-də Ağdam şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər naminə – Birlik Kuboku” adı altında Ağdam, Füzuli və Xocavənd rayonlarını təmsil edən şirkətlər və sakinlərdən ibarət komandalararası mini futbol turniri keçirilir.

“İki sahil” xəbər verir ki, turnirdə “Ağdam”, “Füzuli”, “Xocavənd”, “Mübariz”, “İmarət”, “Ağdam Təhsil”, “Zəfər Bağları” və “Agro Lid” olmaqla, ümumilikdə 8 komanda iştirak edir.

İki gün davam edən yarış maraqlı və gərgin idman mübarizəsi şəraitində keçir. Komandalar turnir ərzində öz bacarıqlarını və qələbə əzmlərini nümayiş etdirirlər.

Turnirin keçirilməsində əsas məqsəd Zəfər Gününün ruhuna uyğun olaraq birlik və həmrəyliyin təşviqi, müxtəlif müəssisə və təşkilatların əməkdaşları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, eləcə də sağlam həyat tərzinin təbliğidir.