Yeni aşkarlanmış 2026 JH2 asteroid 18 mayda Yerin yaxınlığından keçəcək.
“İki sahil” xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
“Məlumata görə, bazar ertəsi yeni aşkarlanmış asteroid Yerdən təxminən 56 min mil (təxminən 90 min km) məsafədən keçəcək ki, bu da Yer ilə Ay arasındakı məsafədən xeyli azdır... Hazırkı hesablamalara əsasən, obyektin Yer ilə toqquşması üçün heç bir əsas yoxdur”, — deyə materialda bildirilir.
Asteroid bir neçə gün əvvəl beş rəsədxananın mütəxəssisləri tərəfindən qeydə alınıb. Ekspertlərin qiymətləndirməsinə görə, onun ölçüsü təxminən 15–30 metrdir.
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir