Haaqada koronavirusla mübarizə tədbirlərinə qarşı nümayiş keçirilib.
"İki sahil" Oxu.Az-a istinadən xəbətr verir ki, aksiya zamanı etirazçılarla polis arasında toqquşmalar baş verib.
Tədbirə əvvəlcədən icazə verildiyindən daha çox adam qatıldığı üçün polis sanitar normaların pozulması səbəbilə güc tətbiq edib.
Qeyd edək ki, artıq sabah Niderlandda parlament seçkilərinə start veriləcək. Ölkə tarixində ilk dəfə seçki prosesi üç gün ərzində davam edəcək. Bu qərar seçki məntəqələrində insanların toplaşmaması məqsədilə qəbul olunub.