Bu gün İrəvanda keçirilən etiraz aksiyası zamanı vətəndaşlardan biri deputatı təhqir edib.
"İki sahil" erməni mediasına istinadən xəbər verir ki, Ermənistan Parlamentinin “Mənim addımım” fraksiyasından olan deputatı Ovik Ağazaryan jurnalistlərin suallarına cavab verdiyi vaxtda mitinq iştirakçılarından bir nəfər ona yaxınlaşaraq təxribata çəkib. Hakim fraksiyanın üzvü əl-qol atan erməniyə yumruq qaldırsa da, onu vurmayıb.