ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin danışıqlar zamanı İranın nüvə silahına sahib ola bilməyəcəyi barədə razılığa gəliblər.
“İki sahil” xəbər verir ki, "NBC News" bu barədə Ağ Evə istinadl məlumat yayıb.
Ağ Ev Trampın Si Cinpinlə görüşünü yaxşı adlandırıb. Qeyd olunub ki, Çin lideri ABŞ-dan neft alışını artırmaqda maraqlıdır. Lakin NBC News bəyanatda Tayvanın qeyd olunmadığına diqqət çəkir.
Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Pekini Yaxın Şərqdəki münaqişəni həll etmək və Fars körfəzindəki gərginliyi azaltmaq üçün İrana təsir göstərməyə inandırmağa ümid edir.